Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik"

Azərbaycan XİN: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik" Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.
Xarici siyasət
16 Sentyabr , 2021 23:20
Azərbaycan XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov öz tvitter hesabında yazıb.

"Önümüzdəki günlərdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o yazıb.

Son xəbərlər

Orphus sistemi