Gürcüstanın xarici işlər naziri Maka Boçoroşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovu Gürcüstana səfərə dəvət edib.
“Report” xəbər verir ki, bu barədə o, Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
M.Boçorişvili, həmçinin çoxtərəfli səviyyədə Gürcüstana dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.
"Gözəl paytaxtınızda göstərilən səmimi qəbula görə minnətdarlığımı bildirirəm. Yenə də deyirəm ki, Azərbaycan bizim üçün strateji əhəmiyyətli tərəfdaşdır.
Sabah Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu, yubiley iclasından səmərəli nəticələr gözləyirik. Həmçinin sizi ölkəmizdə səfərdə görmək istərdik", - Gürcüstanın XİN başçısı bildirib.