Azərbaycan XİN başçısı: BMT Təhlükəsizlik Şurasının tərkibi mövcud reallıqlara uyğun deyil

Azərbaycan XİN başçısı: BMT Təhlükəsizlik Şurasının tərkibi mövcud reallıqlara uyğun deyil BMT Təhlükəsizlik Şurasının tərkibi 40-cı illərin reallıqlarını özündə əks etdirir, mövcud reallıqlara uyğun deyil.
Xarici siyasət
13 mart 2025 15:53
Azərbaycan XİN başçısı: BMT Təhlükəsizlik Şurasının tərkibi mövcud reallıqlara uyğun deyil

BMT Təhlükəsizlik Şurasının tərkibi ötən əsrin 40-cı illərinin reallıqlarını özündə əks etdirir, mövcud reallıqlara uyğun deyil.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişələrin yaratdığı çağırışlara baxmayaraq, çoxtərəfli əməkdaşlığı davam etdirir:

"Azərbaycan çoxtərəfli münasibətlərə üstünlük verir. Biz çalışırıq ki, milli maraqlarımızı müdafiə etməklə bərabər, digərlərinin maraqlarına da hörmət edək”.

Nazir bildirib ki, BMT-də dəyişiklik vacibdir: “Bunun yolu isə birlikdən keçir. Birlik həm də özü ilə dəyişiklik gətirir”.

Son xəbərlər

Orphus sistemi