Azərbaycan XİN Xorvatiya və Sloveniyanı təbrik etdi

Azərbaycan XİN Xorvatiya və Sloveniyanı təbrik etdi Azərbaycan Xarici İşlər Nazirliyi Xorvatiya və Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib.
Xarici siyasət
25 iyun 2020 13:44
Azərbaycan XİN Xorvatiya və Sloveniyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Xorvatiya və Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib.

“Report”un xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

"Biz sizi Xorvatiya Respublikasının milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Xorvatiya xalqına möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik”, - Xorvatiyaya ünvanlanan təbrikdə qeyd olunub.

Xarici İşlər Nazirliyi həmçinin Sloveniyanı da milli bayram münasibətilə təbrik edib:

"Biz Sloveniyanı milli bayramı olan Dövlətçilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Sloveniya xalqına möhkəm cansağlığı, tərəqqi və sülh, həmçinin firavanlıq diləyirik”. 

Son xəbərlər

Orphus sistemi