Yuxarı

Azərbaycan XİN rusiyalı iş adamını "arzuolunmaz şəxslər" siyahısına daxil edəcək

Hikmət Hacıyev: Qerman Sterliqov adlı şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib

Bakı. 7 iyul. REPORT.AZ/ "Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır". 

Bunu "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

XİN rəsmisi bildirib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək". 

Qeyd edək ki, qalmaqallı rusiyalı iş adamı German Sterliqov üç həftə əvvəl həyat yoldaşı Alyona və beş uşağı ilə birlikdə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa köçüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi