Yuxarı

Azərbaycan XİN rəhbəri: "Ermənistan münaqişənin həllində maraqlı deyil"

Azərbaycanlı girovların qaytarılması ilə bağı iş diplomatik kanallarla aparılır

Bakı. 18 mart. REPORT.AZ/ "Mən nikbin olmaq istərdim, lakin Ermənistanın yüksək səviyyəli rəsmi şəxslərinin son çıxışları göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil". "Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin perspektivlərini şərh edərkən bildirib. 

O xatırladıb ki, martın 17-də Qarsda TANAP layihəsinin təntənəli təməlqoyma mərasimi keçirilib. Nazir qeyd edib ki, Ermənistan da iqtisadi cəhətdən səmərəli olan regional layihələrinə cəlb oluna bilərdi, lakin əvvəlcə o, Azərbaycanın işğal olunan ərazilərini azad etməli və təcavüzkar ritorikadan imtina etməlidir. 

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda saxlanılması məsələsini şərh edən XİN rəhbəri bildirib ki, onların qaytarılması ilə bağı iş diplomatik kanallarla aparılır. O xatırladıb ki, Aİ və ABŞ-ın bir sıra rəsmi şəxsləri, o cümlədən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Ermənistanda səfərdə olarkən bu məsələyə toxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi