Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün tarixini və yerini açıqlayıb

Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün tarixini və yerini açıqlayıb Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüşü yanvarın 29-30-da İsverçrənin Cenevrə şəhərində keçiriləcək.
Xarici siyasət
27 Yanvar , 2020 12:17
Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün tarixini və yerini açıqlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüşü yanvarın 29-30-da İsverçrənin Cenevrə şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da təsdiqləyib.

“Bildiyiniz kimi, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi. Bu xüsusda növbəti görüşlə bağlı yayılan məlumatı təsdiq edərək bildirmək istərdim ki, yanvarın 29-30-da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı Zöhrab Mnatsakanyan ilə görüşü keçiriləcək”, - o deyib.

Son xəbərlər

Orphus sistemi