Azərbaycan XİN-in yaponiyalı jurnalistin adını "arzuolunmaz şəxslər“ siyahısından çıxarıb

Azərbaycan XİN-in yaponiyalı jurnalistin adını "arzuolunmaz şəxslər“ siyahısından çıxarıb Hitoşi Omae məktubunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb
Xarici siyasət
23 Noyabr , 2016 09:19
Azərbaycan XİN-in yaponiyalı jurnalistin adını arzuolunmaz şəxslər“ siyahısından çıxarıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, məktubunda o, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu qeyd edərək, səfər ilə bağlı təəssüfünü ifadə edib və səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib.

H.Omae Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini vurğulayıb.

Məktubda H.Omae həmçinin Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq köməklik göstərilməsini xahiş edib.

Hi.Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi