Yuxarı

Azərbaycan XİN-in "qara siyahısına" 435 nəfər daxildir

Tərtib olunduğu andan siyahıdan 10 nəfərdən artıq adam çıxarılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 20-də Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən şəxslərin "qara siyahı"sı yenilənib. Hazırda siyahıda 435 nəfərin adı var. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev brifinqdə bildirib.  

O qeyd edib ki, tərtib olunduğu andan Azərbaycan ərazilərinə qanunsuz səfərlərinin səbəbləri haqqında rəsmi izahat göndərən 10 nəfərdən artıq adamın adı siyahıdan çıxarılıb. "Bu müraciətlərə fərdi qaydada baxılır və dəyərləndirilir", - H.Hacıyev qeyd edib. 

O xatırladıb ki, Azərbaycan tərəfinin müvafiq razılığı olmadan Azərbaycanın işğal olunan ərazilərinə səfər etmək qanunsuzdur. Siyahıya daxil edilən şəxslərə Azərbaycana giriş qadağan olunur. 

Tam siyahı ilə Azərbaycan XİN-in rəsmi saytında tanış olmaq olar - http://mfa.gov.az/files/file/Arzuolunmaz_sexsler.pdf

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi