Yuxarı

Azərbaycan XİN-in jurnalı Xocalı soyqırımına həsr olunan xüsusi buraxılış dərc edib

Buraxılışda 11 ölkənin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib

Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının “Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər” adlı xüsusi buraxılışı çapdan çıxıb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, xüsusi buraxılışın “Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət” adlanan giriş hissədə Xocalı soyqırımının törədilməsinə görə Ermənistan və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib. Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq, Xocalıda soyqırımı, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsinə dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.

Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib.

Xüsusi buraxılışın Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrində geniş şəkildə yayılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi