Bakı. 25 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili və Ekvadorun Azərbaycanda akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanı qəbul edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Çili Respublikası (mənzil-qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil-qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini Azərbaycan XİN rəsmisinə təqdim ediblər.
Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.