Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN-in AİDA Agentliyinin rəhbəri Əşrəf Şıxəliyev Nyu-Yorkda bır sıra görüşlər keçirib

    Tərəflər dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər

    Bakı.6 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Nyu-Yorka səfəri çərçivəsində c BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Kyunq-vha Kanqla görüşüb. 

    "Report"un Azərbaycan XİN-in məlumatına istinadən verdiyi xəbərə görə, görüş zamanı Ə.Şıxəliyev AİDA-nın beynəlxalq fəaliyyəti və dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələri, eləcə də Afrika dövlətlərində Ebola epidemiyası ilə mübarizəyə ölkəmiz tərəfindən ayrılmış maliyyə dəstəyi barədə məlumat verib.

    Daha sonra tərəflər dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

    Ə. Şıxəliyev həmçinin BMT-nin Fövqəladə Vəziyyətlər üzrə Mərkəzi Fondunun rəhbəri Liza Doftenlə görüşüb. Görüş zamanı tərəflər təcili humanitar yardımın göstərilməsi istiqamətində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.

    Səfər çərçivəsində Ə.Şıxəliyev BMT-nin İnkişaf Proqramı (BMT İP) administratorunun köməkçisi, Avropa və MDB Regional Ofisinin direktoru Cihan Sultanoğlu və BMT İP-in İcraçı Ofisinin direktoru Alberik Kako ilə də görüşüb. Görüş zamanı tərəflər dünyanın müxtəlif bölgələrində inkişaf məqsədli birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi