Azərbaycan XİN: İstanbulda intihar etdiyi güman olunan Fəxrəddin Əliyev XİN-in əməkdaşı deyil

Azərbaycan XİN: İstanbulda intihar etdiyi güman olunan Fəxrəddin Əliyev XİN-in əməkdaşı deyil "Fəxrəddin Əliyev adlı şəxs XİN sistemində çalışmayıb"
Xarici siyasət
23 Yanvar , 2016 12:08
Azərbaycan XİN: İstanbulda intihar etdiyi güman olunan Fəxrəddin Əliyev XİN-in əməkdaşı deyil

Bakı. 23 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyi İstanbulda intihar etdiyi güman edilən Azərbaycan vətəndaşı Fəxrəddin Əliyevin diplomat olması ilə bağlı məsələyə aydınlıq gətirib. 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı kimi təqdim olunan Fəxrəddin Əliyev XİN sistemində çalışmayıb.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-lərinin bu gün yaydığı xəbərə görə, F.Əliyev bu gün güllə atmaq üçün poliqona gedib. Poliqonda hədəfləri vuran F.Əliyev sonda özünü öldürüb. Hazırda aiddiyyəti qurumlar hadisənin təfərrüatlarını araşdırırlar.

Son xəbərlər

Orphus sistemi