Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsinə münasibət bildirib

Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsinə münasibət bildirib Hikmət Hacıyev: "Azərbaycan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək"
Xarici siyasət
2 Dekabr , 2016 15:57
Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın yeni xarici siyasət konsepsiyasına daxil edilməsinə münasibət bildirib

Bakı. 2 dekabr. REPORT.AZ/ "Yeni xarici siyasət konsepsiyasında Rusiya Federasiyasi tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin priorit vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdiredirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunub: "Qeyd etmək lazımdır ki, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar".

H.Hacıyev deyib ki, Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və ATƏT Minsk qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək.   

Son xəbərlər

Orphus sistemi