Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN başçısının Rusiyaya səfərinin tarixi məlum olub

    Elmar Məmmədyarov gələn həftə Moskvaya səfər edəcək

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Moskvaya rəsmi səfərə gedəcək.

    "Report" xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

    Onun sözlərinə görə, səfər martın 6-7-də Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq: "Səfər aprelin 4-də qeyd olunan iki ölkə arasında diplomatik əlaqlərin qurulmasının 25 illiyi ərəfəsində baş tutacaq."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi