Azərbaycan XİN başçısının müavini Əfqanıstanın müvəqqəti işlər vəkili ilə Cenevrə konfransını müzakirə edib

Azərbaycan XİN başçısının müavini Əfqanıstanın müvəqqəti işlər vəkili ilə Cenevrə konfransını müzakirə edib Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əfzəl Əhmədi ilə görüşüb.
Xarici siyasət
12 Noyabr , 2018 18:10
Azərbaycan XİN başçısının müavini Əfqanıstanın müvəqqəti işlər vəkili ilə Cenevrə konfransını müzakirə edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əfzəl Əhmədi ilə görüşüb.

"Report" Əfqanıstanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Əfqanıstanda keçirilmiş parlament seçkilərini, eləcə də Cenevrədə keçiriləcək Əfqanıstan üzrə nazirlər konfransını müzakirə ediblər.

Ə.Əhmədi A.Əzimovu Cenevrə Konfransı barədə məlumatlandırıb və Əfqanıstan üçün onun əhəmiyyətini qeyd edib. Öz növbəsində, nazir müavini Azərbaycanın bu konfransda iştirak etməklə Əfqanıstana yardım işinə töhfə verə biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Cenevrədə Əfqanıstan üzrə nazirlər konfransı noyabr ayının sonuna planlaşdırılıb. Konfransda 60-dan çox ölkənin iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi