Azərbaycan XİN başçısının müavini: "Astana sammitinə qədər Xəzər dənizinin statusu üzrə bütün razılaşmaları başa vurmağı planlaşdırırıq"

Azərbaycan XİN başçısının müavini: "Astana sammitinə qədər Xəzər dənizinin statusu üzrə bütün razılaşmaları başa vurmağı planlaşdırırıq" İşçi qrupun növbəti iclasının gələn ilin yanvar ayında Bakıda və ya Aşqabadda keçiriləcəyi gözlənilir
Xarici siyasət
27 Dekabr , 2016 14:50
Azərbaycan XİN başçısının müavini: Astana sammitinə qədər Xəzər dənizinin statusu üzrə bütün razılaşmaları başa vurmağı planlaşdırırıq

Bakı. 27 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması kontekstində məsələlərin əksəriyyəti öz əksini tapıb. Amma bəzi məqamlar hələ də qalıb. Astana sammitinə qədər bütün razılaşmaları başa vurmağı planlaşdırırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xəzərin hüquqi statusu üzrə xüsusi işçi qrupu xarici işlər nazirlərinin növbəti görüşünə qədər bütün bu məqamları həll etməlidir. Onun sözlərinə görə, məhz həmin görüşdə bütün detalları razılaşdırılan Konvensiya layihəsi imzalanması üçün Xəzəryanı ölkənin dövlət başçılarına təqdim ediləcəyi planlaşdırılır.

"Böyük iş görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün ölkələrin yanaşması çox yaxındır. Sadəcə, sərhədləşmə məsələsində bəzi detalları həll etməliyik. Bu məsələləri işçi qrupun növbəti iclasında nəzərdən keçirəcəyik" - X.Xələfov vurğulayıb.

O, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə nazir müavinləri səviyyəsində işçi qrupunun növbəti iclasının gələn ilin yanvar ayında keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. İclasın keçirilmə yeri isə Bakı və ya Aşqabad olacaq. 

Son xəbərlər

Orphus sistemi