Azərbaycan XİN başçısının müavini: "Aİ ilə danışıqlar asan deyil"

Azərbaycan XİN başçısının müavini: "Aİ ilə danışıqlar asan deyil" "Bəzi məqamlar üzrə razılaşma əldə olunub, bəziləri üzrə yox"
Xarici siyasət
1615
12 İyun , 2017 11:55
Azərbaycan XİN başçısının müavini: Aİ ilə danışıqlar asan deyil
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev / Report

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycan və Aİ mövqelərdəki müxtəlifləyə baxmayaraq, danışıqlar prosesi çərçivəsində birlikdə eyni məqsədə çatmaq üçün səy göstərməlidir".

"Report" xəbər verir ki, bunu Bakının Brüssel ilə strateji əməkdaşlıq müqaviləsi üzrə danışıqları məsələsini şərh edərkən jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Azərbaycan və Aİ arasında növbəti danışıqlar iyunun 13-14-də keçiriləcək. İki blok məsələlələrin müzakirəsi gözlənilir. İlk blok siyasi təhlükəsizlik məsələləridir. İkincisi, ticarət məsələləri və investisiya", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycan iyunun sonuna qədər istənilən məsələ bloku üzrə video konfrans təyin edəcək və iyulun ilk yarısında yenidən tam müzakirələr aparılacaq.

Nazir müavini Aİ ilə danışıqların asan olmadığını bildirib:

"Bəzi məqamlar üzrə razılaşma əldə olunub, bəziləri üzrə yox. Danışıqlar qısa müddətdir başlayıb. Ona görə də səbr etmək lazımdır. Danışıqların məhsuldar alınması üçün səy göstərəcəyik", - o əlavə edib.

O, danışıqlara qısa vaxtdır başlanıldığından tərəflərin noyabr ayında Brüsseldə keçiriləcək Aİ sammitinə qədər razılığa gəlcəyinə inanmadığını vurğulayıb.

"Hesab edirəm ki, bu saziş çox vacibdir. Onun hər bəndi həm Azərbaycan, həm də Avropa üçün dəyərlidir. Noyabra qədər çatdıracağımızı düşünmürəm. Çünki məsələ zamanda yox, sazişin keyfiyyətində və tərəflərlərin strateji əməkdaşlığındadır", - nazir müavini fikrini tamamlayıb.