Bakı. 30 sentyabr. REPORT.AZ/
"Report" xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirlər Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi-ticari və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə iki dövlətin qlobal iqtisadi təşəbbüslərə qoşulması imkanlarından da danışılıb. Xəbərə görə, Azərbaycan və Ukrayna xarici siyasət idarələrinin rəhbərləri aktual beynəlxalq təhlükəsizlik məsələləri haqda da fikir mübadiləsi aparıblar.
Nazirlər beynəlxalq və regional təşkilatlarda, daha çox BMT və GUAM-da qarşılıqlı əməkdaşlıqdan danışıblar.