Azərbaycan XİN başçısı narkotiklərlə mübarizə üzrə BMT konfransında iştirak edib

Azərbaycan XİN başçısı narkotiklərlə mübarizə üzrə BMT konfransında iştirak edib Bakı. 24 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov 24 sentyabr 2018-ci il tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.
Xarici siyasət
1589
24 Sentyabr , 2018 17:50
Azərbaycan XİN başçısı narkotiklərlə mübarizə üzrə BMT konfransında iştirak edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov 24 sentyabr 2018-ci il tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.

“Report” xəbər verir ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT Baş Katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT üzv dövlətlərini “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

Azərbaycan Respublikasının da qoşulduğu sözügedən sənəd BMT üzv dövlətlərini narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

Son xəbərlər

Orphus sistemi