Yuxarı

​Azərbaycan XİN başçısı Moskvaya səfər edəcək

Nazirlər toplantıya qatılacaqlarını təsdiqləyiblər

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN başçısı Edvard Nalbandyan Dağlıq Qarabağda təmas xəttində gərginliyin yaranmasına baxmayaraq, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəklər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, nazirlər toplantıya qatılacaqlarını təsdiqləyiblər.

Məlumata görə, iclas aprelin 8-də Moskvada keçiriləcək.

Xatırladaq ki, iclasın gündəliyinə MDB ölkələri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair məsələlər daxil edilib.

Belə ki, xarici işlər nazirləri 2015-ci il üzrə XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının həyata keçirilməsinin nəticələrini müzakirə edəcək və 2016-cı il üçün analoji plan müəyyənləşdirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi