Azərbaycan və Cənubi Afrika XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENILƏNİB

Azərbaycan və Cənubi Afrika XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENILƏNİB E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə həmkarına təşəkkür edib
Xarici siyasət
29 Noyabr , 2016 14:15
Azərbaycan və Cənubi Afrika XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENILƏNİB

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

"Report" xəbər verir ki, jurnalistlər üçün təşkil edilən brifinqdə E.Məmmədyarov Azərbaycan və Cənubi Afrikanın beynəlxalq arenada bir çox məsələlərdə bənzər mövqe sərgilədiklərini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə cənubi afrikalı nazirə təşəkkür edib. Onun sözlərinə görə, Cənubi Afrikanın belə mövqeyi Azərbaycan üçün vacibdir.

Həmçinin E.Məmmədyarov tərəflərin ikitərəfli münasibətləri müzakirə etdiklərini, o cümlədən bu gün "ADA" Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanacağını bildirib. XİN başçısı, həmçinin hərbi, konsulluq xidmətləri və investisiya sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb.

E.Məmmədyarov bildirib ki, "SOCAR Trading" şirkəti Cənubi Afrikada fəaliyyət göstərməkdə maraqlıdır.

M.Nkoana-Maşabane qonaqpərvərliyə və səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, Cənubi Afrika və Azərbaycan kimi iki gənc demokratik ölkənin ictimai diplomatiya, parlamentlərarası əlaqələr kimi sahələrdə əlaqələri inkişaf etdirməli olduğunu nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi