Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 19-da Azərbycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana iki günlük rəsmi səfər edəcək.
"Report" Gütcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan XİN-in sözçüsü David Kereselidze keçirdiyi ənənəvi brifinqdə bildirib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğuna işarə edərək, əlaqələrin bir sıra sahələrdə, o cümlədən energetika və nəqliyyatda inkişafın intensiv istiqamətdə getdiyini vurğulayıb.
Kereselidze bildirib ki, Elmar Məmmədyarovun gürcüstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşü planlaşdırılır.
Görüşdə Azərbaycan - Gürcüstan münasibətlərini əhatə edən siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrinə dair məsələlər müzakirə ediləcək.