Azərbaycan XİN başçısı BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək

Azərbaycan XİN başçısı BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək.
Xarici siyasət
22 Fevral , 2018 11:20

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin sessiyada çıxışı fevralın 26-na planlaşdırılıb.

"Azərbaycan insan hüquqları sahəsində beynəlxalq qurumlarla konstruktiv dialoq qurub", - H.Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi