Azərbaycan XİN başçısı: "Biz terrorun bütün forma və təzahürlərini qınayırıq"

Azərbaycan XİN başçısı: "Biz terrorun bütün forma və təzahürlərini qınayırıq" Elmar Məmmədyarov Ankarada baş vermiş terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib
Xarici siyasət
18 Fevral , 2016 12:38
Azərbaycan XİN başçısı: Biz terrorun bütün forma və təzahürlərini qınayırıq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ankarada baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə XİN başçısı Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Bizim mövqeyimiz açıq və aydındır. Biz terrorun bütün forma və təzahürlərini qınayırıq. Terror qurbanlarının ailələrinə başsağlığı veririk, yaralananlara isə ən qısa zamanda şəfa tapmağı arzulayırıq", - deyə E.Məmmədyarov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi