Bakı. 16 mart. REPORT.AZ/ "Bəzən insan hüquqlarından digər suveren dövlətlərin işinə müdaxilə etmək üçün istifadə olunur."
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Qlobal Bakı Forumu çərçivəsində "Regional təhlükəsizlik, regional sülh: Yaxın Şərq" mövzusu üzrə panel sessiyasında çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, bəzi dairələr ədaləti bərpa etdiklərini düşünərək, əksinə, onu dağıdır, separatçı və terrorçu özəklər üçün imkanlar açır.