Azərbaycan XİN başçısı: "Avropa Parlamentinin qətnaməsi qərəzli və qəbuledilməzdir"

Azərbaycan XİN başçısı: "Avropa Parlamentinin qətnaməsi qərəzli və qəbuledilməzdir" Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik edəcək Niderlandın xarici işlər naziri ilə görüşüb
Xarici siyasət
28 Sentyabr , 2015 13:12
Azərbaycan XİN başçısı: Avropa Parlamentinin qətnaməsi qərəzli və qəbuledilməzdir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Niderland Krallığının xarici siyasət idarəsinin rəhbəri Bert Koenders ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməsinin qərəzli və qəbuledilməz olduğunu, anti-Azərbaycan və İslamafobiya meyilli xarakter daşıdığını, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurduğunu nəzərə çatdırıb.

Bert Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini bildirərək, Niderlandın Azərbaycan ilə əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal və təcavüzə əsaslanan status kvonu davam etdirmək siyasəti barəsində məlumat verib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meyilləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov artan İslamafobiya və ksenofobiya meyillərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, ölkənin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini diqqətə çatdırıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi