Azərbaycanın xarici işlər nazirinin müavini MDB XİNŞ-nin iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər nazirinin müavini MDB XİNŞ-nin iclasında iştirak edəcək Görüşdə 16 məsələnin nəzərdən keçiriləcəyi gözlənilir
Xarici siyasət
5 Aprel , 2017 17:17
Azərbaycanın xarici işlər nazirinin müavini MDB XİNŞ-nin iclasında iştirak edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov aprelin 7-də Daşkənddə keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, görüşdə 16 məsələnin nəzərdən keçiriləcəyi gözlənilir.

Ən aktual məsələlər arasında MDB ölkələrinin xarici işlər nazirlərinin islam, xristian və digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik və dözümsüzlüyün yolverilməzliyi barədə bəyanatının layihəsi yer alır. 2016-cı il üzrə çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrə yekun vurmaq və 2017-ci il üçün planı təsdiq etmək nəzərdə tutulur.

İclasın gündəliyinə eyni zamanda hüquq, qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması kimi sahələrdə MDB dövlətləri arasında əməkdaşlıq ilə bağlı məsələlər də daxildir.

Son xəbərlər

Orphus sistemi