Azərbaycan xarici işlər nazirinin müavini gürcü həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini gürcü həmkarı ilə görüşüb Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin daimi inkişafı üzrə fikir mübadiləsi aparılıb
Xarici siyasət
3 Mart , 2016 20:00
Azərbaycan xarici işlər nazirinin müavini gürcü həmkarı ilə görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Gürcüstanın ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Zviad Qonadzeni qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Z.Qonadze ilə görüş zamanı Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin daimi inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımıdan əhəmiyyəti qeyd olunub.

Z.Qonadze Azərbaycan Respublikası rəhbərliyinin siyasi, iqtisadi və digər sahələr, həmçinin Gürcüstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyinə görə Azərbaycanın rəhbərliyinə ölkəsi adından təşəkkürünü bildirib.

Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müvafiq təcrübə mübadiləsinin aparılması, həmçinin Xarici İşlər Nazirliklərinin səlahiyyətlərinə aid əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsi Zviad Qonadze tərəfindən təklif olunub.

Son xəbərlər

Orphus sistemi