Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni təyin olunmuş səfirini qəbul edib Səfir Beybit İsabayev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib
Xarici siyasət
13 Aprel , 2015 19:16
Azərbaycanın xarici işlər naziri Qazaxıstanın yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib. 

XİN-dən "Reporta"a verilən məlumata görə, görüşdə səfir Beybit İsabayev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi