Yuxarı

Azərbaycan xarici işlər naziri Brüsselə səfər edib

Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak edəcək

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında sabah keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib. 

XİN-dən "Report"a verilən məlumatına görə, Nazir Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 mayda Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi