Azərbaycan xarici işlər naziri Bolqarıstana rəsmi səfərə gedib

Azərbaycan xarici işlər naziri Bolqarıstana rəsmi səfərə gedib Bakı. 30 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.
Xarici siyasət
611
30 Oktyabr , 2018 20:00
Azərbaycan xarici işlər naziri Bolqarıstana rəsmi səfərə gedib
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Elchin Murad

Bakı. 30 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.

XİN-dən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi