Yuxarı

Azərbaycan xarici işlər naziri AŞPA məruzəçisi ilə görüşüb

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi” Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu bildirib. O deyib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan nazir Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini vurğulayıb.

M.Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı və Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi