Azərbaycanlı tələbələr Xarici İşlər Nazirliyinin binası qarşısında etirazlarını bildiriblər

Azərbaycanlı tələbələr Xarici İşlər Nazirliyinin binası qarşısında etirazlarını bildiriblər Onlar İtaliya səfirliyinin bu ölkədə təhsil almaq üçün viza təqdim etmədiyindən şikayətlənirlər
Xarici siyasət
20 Sentyabr , 2017 17:58
Azərbaycanlı tələbələr Xarici İşlər Nazirliyinin binası qarşısında etirazlarını bildiriblər
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan bir qrup tələbə etirazını bildirib. 

"Report"un məlumatına görə, 70-ə yaxın tələbə İtaliyada təhsil almaq üçün tələb olunan sənədləri bu ölkənin Azərbaycandakı səfirliyinin Konsulluq xidmətinə təqdim etsələr də, hələ də viza ala bilmədiklərindən şikayətçi olduqlarını vurğulayıblar.

Tələbələr səfirliyə müraciət edənlərə viza verilməsindən imtina olunduğunu söyləyiblər. 

Bundan sonra bir qrup tələbə tələblərinin dinlənilməsi üçün Xarici İşlər Nazirliyinə dəvət olunub.

Xatırladaq ki, bundan əvvəl İtaliya səfirliyi viza tələblərinə tam cavab verən sorğuları araşdırdığını qeyd etmişdi. Səfirlikdən bildirmişdilər ki, cavab gözləyən tələbələrlə yaxın günlərdə və ya həftələrdə əlaqə saxlanılacaq". 

Son xəbərlər

Orphus sistemi