Azərbaycan vətəndaşları Hindistana gediş üçün vizanı elektron formada ala biləcəklər

Azərbaycan vətəndaşları Hindistana gediş üçün vizanı elektron formada ala biləcəklər Vizanın qiyməti 50 dollar təşkil edir
Xarici siyasət
6 Aprel , 2017 18:01
Azərbaycan vətəndaşları Hindistana gediş üçün vizanı elektron formada ala biləcəklər

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşları Hindistana qısamüddətli səyahət üçün viza elektron formada əldə edə biləcəklər.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, vizanın qiyməti 50 dollar təşkil edir.

Viza almaq istəyənlər Hindistanda gəlişə azı 4 gün qalmış https://indianvisaonline.gov.in/evisa/Registration saytında lazımi prosedurları keçməlidir.

Alınmış e-Visa Hindistan gəliş tarixindən etibarən 60 gün müddətində etibarlı olacaq.

Son xəbərlər

Orphus sistemi