Azərbaycan vətəndaş cəmiyyəti institutları AŞPA prezidentinə müraciət ünvanlayıb

Azərbaycan vətəndaş cəmiyyəti institutları AŞPA prezidentinə müraciət ünvanlayıb Sənəd ölkədə fəaliyyət göstərən 96 QHT rəhbəri tərəfindən imzalanıb
Xarici siyasət
19 Yanvar , 2017 19:36
Azərbaycan vətəndaş cəmiyyəti institutları AŞPA prezidentinə müraciət ünvanlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaş cəmiyyəti institutları Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından "Report"a verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 96 qeyri-hökumət təşkilatının (QHT) rəhbərinin imzaladığı sənəddə bildirilir: 

"Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək nailiyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüquq sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altnda müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcək.

Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcə də digər ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir.

Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsistaları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik. AŞPA yanvar sesssiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox həmkarlarımızın ümumiyyətlə mətn barədə məlumatı olmayıb.

Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qərəzli münasibtlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcək.

Biz Azərbaycanın Avropa təsisatları, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxlaq qurumun tamhüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.

Azərbaycan Respublikasının ərazilərinin 20%-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvələr ölkənin beynəlxlaq təsistalarda mövqeyini zəiflətmək xətti götürüblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirki kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan və Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkrli fəaliyyəti hesab edirik".

Son xəbərlər

Orphus sistemi