Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Yunanıstanın XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

    Tərəflər beynəlxalq arenalarda bir-birinə dəstək göstərmək və ölkələr arasında əlaqələri genişləndirmək barədə razılığa gəliblər

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüş keçirib.

    "Report" xəbər verir ki, nazirlər təkbətək və geniş tərkibli görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropada miqrasiya böhranı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, həmçinin energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    XİN rəhbərləri ölkələr arasında əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq arenalarda bir-birinə dəstək göstərməyi davam etdirmək barədə razılıq əldə ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi