Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub Mayın 22-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonu söhbəti baş tutub.
Xarici siyasət
22 May , 2020 17:55
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Mayın 22-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ukraynalı həmkarı Dmitro Kuleba ilə telefonu söhbəti baş tutub.

Bu barədə “Report”a XİN-dən məlumat verilib.

Nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək ölkələr arasında xüsusilə iqtisadi və enerji sahəsində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi