Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir - FOTO

Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir - FOTO Ukrayna səfiri Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib
Xarici siyasət
4 İyul , 2019 12:12
Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığı möhkəmləndirmək niyyətindədir - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyulun 1-2-də Naxçıvan Muxtar Respublikasına (NAR) işgüzar səfər edib.

Bu barədə "Report"a diplomatik nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüş zamanı çoxsaylı məsələlər, müxtəlif sahələrdə, o cümlədən regionlararası səviyyədə əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə edilib.

Tərəflər həmçinin paritet əsasında sağlamlıq və istirahət üçün uşaq qruplarının mübadiləsi prosesini başlamaq barədə razılığa gəliblər.

Bundan başqa, Ukrayna səfiri Naxçıvanın İqtisadiyyat naziri Tapdıq Əliyevlə görüş keçirib. Görüşdə regional səviyyədə əməkdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə edilib. Ukrayna tərəfi birgə infrastruktur və yüksək texnologiyalar sahəsində layihələrin həyata keçirilməsinə dair konkret təkliflərini Azərbaycan tərəfinə verib. Bundan əlavə, V.Kanevski və T.Əliyev Ukraynanın və Azərbaycanın inzibati ərazi vahidləri arasında müvafiq sazişlərin imzalanma imkanlarını müzakirə ediblər.

Bundan sonra ukraynalı diplomat muxtar respublikanın bir sıra müəssisələrində və turistik obyektlərində olub.

Son xəbərlər

Orphus sistemi