Yuxarı

Azərbaycan və Ukrayna prezidentləri Poroşenkonun Bakıya səfərinin hazırlıqlarını müzakirə edib

Dövlət başçıları yaxın vaxtlarda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər

Bakı. 23 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

"Report" Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, görüş İstanbulda Dünya Humanitar Forumu çərçivəsində keçirilib.

Görüşdə Ukrayna prezidentinin Bakıya səfərinin hazırlıqları da müzakirə edilib.

Dövlət başçıları yaxın vaxtlarda Azərbaycan-Ukrayna ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi barədə razılığa da gəliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi