​Azərbaycan və Ukrayna prezidentləri milli təhlükəsizlik çağırışlarını müzakirə ediblər

​Azərbaycan və Ukrayna prezidentləri milli təhlükəsizlik çağırışlarını müzakirə ediblər Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz qaldığına əmin edib
Xarici siyasət
13 Noyabr , 2015 21:55
​Azərbaycan və Ukrayna prezidentləri milli təhlükəsizlik çağırışlarını müzakirə ediblər

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko cümə günü baş tutan telefon söhbəti zamanı dövlətlərin ərazi bütövlüyü və milli təhlükəsizliyi çağırışlarına müqavimət göstərmək üçün səylərin birləşdirilməsinin mümkünlüyünü müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Xaricdən təcavüz, milli təhlükəsizlik və ərazi bütövlükləri üçün təhlükəyə məruz qalan Ukrayna və Azərbaycan beynəlxalq hüququn baza prinsiplərinin qorunmasında birləşməlidir", — deyə mətbuat xidməti Ukrayna prezidentinin sözlərini sitat gətirib.

Bundan əlavə, söhbət zamanı Pyotr Poroşenko İlham Əliyevi Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanan mövqeyinin dəyişməz qaldığına əmin edib. Öz növbəsində İlham Əliyev də bildirib ki, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqedədir.

Bundan əlavə, dövlət başçıları yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi