Azərbaycan və Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb

Azərbaycan və Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb Azərbaycan Prezidenti və ukraynalı həmkarı Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar
Xarici siyasət
108
14 İyul , 2016 12:55
Azərbaycan və Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçirilib. 

"Report" xəbər verir ki, görüşün nəticəsi olaraq Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzaladılar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzaladılar.

Son xəbərlər

Orphus sistemi