Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkiyənin mülki aviasiya qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb

    Sənəd Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatı daxilində əməkdaşlıq etməsi və qurumda təmsil olunmasını nəzərdə tutur

    Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan və Türkiyənin mülki aviasiya qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb.

    Bu barədə "Report"a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. 

    Memorandumu Türkiyənin Mülki Aviasiya Baş İdarəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov imzalayıb.

    Sənəd Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatı daxilində əməkdaşlıq etməsi və qurumda təmsil olunmasını nəzərdə tutur. Memorandumda Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası, Türkiyənin Mülki Aviasiya Baş İdarəsi, Gürcüstanın Mülki Aviasiya Agentliyi və Ukraynanın Dövlət Aviasiya Administrasiyası arasında əməkdaşlığın təmin olunması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi