Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici siyasət
1 Dekabr , 2020 22:10
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib. Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi