Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB
Xarici siyasət
929
25 Fevral , 2020 16:41
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB
0 : 00
0 : 00

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.


*** 14:56

Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.