Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başa çatıb.
Xarici siyasət
148
25 Aprel , 2018 14:45
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Azertag

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başa çatıb. 

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub. 


*** 13:18

Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edirlər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Səfər rəsmi nahar yeməyi ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi