Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti müzakirə edib

Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti müzakirə edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Xarici siyasət
10 Mart , 2022 19:50
Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Report" xəbər verir ki, görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, Türkiyə və Azərbaycanın eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərə gedib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi