Yuxarı

​Azərbaycan və Türkiyə prezidentləri təyyarədə çay süfrəsi arxasında söhbət ediblər

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Bakı. 15 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri martın 15-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət etdilər.

Yola düşməzdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə ziyafət verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi