​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib Görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar
Xarici siyasət
17 Mart , 2015 15:31
​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Qarsda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar. Görüşdə həmçinin ikitərəfli maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, bu gün Qarsda Azərbaycan qazını Avropaya nəql edəcək TANAP boru kəmərinin təməlqoyma mərasimi baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi