Yuxarı

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report"un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Türkiyə Prezidenti Azərbaycan Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi